MBDA Meteor
MBDA Meteor raketi, çoxmillətli “MBDA” şirkəti tərəfindən hazırlanan, 320 km məsafəli, radarla idarə olunan hava-hava tipli döyüş raketidir. Yüksək intensivlikdə olan elektron müharibə mühitində işləyən və qabaqcıl ramjet mühərrik texnologiyasından istifadə edən raket 2016-cı ildə Avropa ölkələrində istehsal olunmağa başlanmışdır.
Meteor raketi AIM-120 AMRAAM raketinin əvəzinə yeni nəsil, çox uzaq mənzilli, görüş dairəsindən kənarda fəaliyyəti təmin edəcək bir önləmə raketinin axtarışı ilə ortaya çıxmışdır. Raket üzərində həyata keçirilən işlər, layihədə bir sıra digər Avropa ölkələrinin iştirakı və qısa müddət ərzində Boeing-in dəstəyini bu layihəyə verməsi ilə MBDA şirkətinin rəhbərliyi çərçivəsində beynəlxalq bir proqrama çevrildi. Aktiv idarə olunan radar, yüksək sürətlərdə hərəkətinə imkan verən ramjet mühərriki və uzun mənzili sayəsində qısa və orta mənzildə effektiv MICA ilə işləyən meteor raketi; Eurofighter Typhoon, Dassault Rafale, Saab JAS 39 Gripen, Lockheed Martin F-35 Lightning II kimi döyüş təyyarələrində istifadə olunur.
Meteor raketi, İngiltərə Kral Hərbi Hava Qüvvələri, Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələri, Alman Hərbi Hava Qüvvələri, İspaniya Hərbi Hava Qüvvələri, İtaliya Hərbi Hava Qüvvələri, Fransa Hərbi Hava Qüvvələri, İsveç Hərbi Hava Qüvvələri, Çex Respublikası Hərbi Hava Qüvvələri, Misir Hərbi Hava Qüvvələri, Hindistan Hərbi Hava Qüvvələri, Qətər Hərbi Hava Qüvvələri kimi bir çox dövlətin hərbi hava qüvvələri tərəfindən istifadə olunur.